Rusiyanın etdikləri biabırçılıqdır – Raabın çıxışı yayıldı

“Blumberq” agentliyi Britaniya xarici işlər naziri Dominik Raabın BMT-nin İnsan Haqları Şurasının sessiyasının açılışı zamanı edəcəyi çıxışın mətnini yayıb.

Sozcu.az xəbər verir ki, Raab çıxışında Rusiya, Belarus, Çin və Myanmada insan haqlarına əməl edilməsiylə bağlı situasiyaya reaksiya vermək üçün çağırış edəcək. Eyni zamanda, Rusiyada Aleksey Navalnı ilə bağlı situasiyanı “biabırçılıq” adlandıracaq.

Raab Moskvanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etməməkdə də ittiham edəcək.

Facebook Comments