Rusiyalı müxalifətçi Navalnıy yenə həbs edilib

Navalnıy məhkəmənin qərarını ”xoşagəlməz”, ittihamları ”özbaşına” adlandırıb

Rusiyalı müxalifətçi Aleksey Navalnıy yenidən 10 gün həbs cəzasına məhkum edilib.

Azadlıq Radiosu xəbər verir ki, Navalny iyun ayında hakimiyyətə təzyiq göstərmək məqsədilə təşkil olunmuş icazəsiz etiraz aksiyasında iştirak edərək, qanunu pozmaqda ittiham edilir.

Moskva məhkəməsi iyulun 1-də qərar verib ki, Navalnıy dəfələrlə ictimai tədbirlər təşkil edərək və bu tədbirlərdə iştirak edərək qanunu pozub. Bu səbəbdən həmin gün ona hökm oxunub.

Navalnıy məhkəmənin qərarını “xoşagəlməz”, ittihamları “özbaşına” adlandırıb.

“Düşünürəm ki, mən düzgün iş görmüşəm. Əgər səssiz qalsaq və evdə otursaq, özbaşınalıq heç vaxt bitməyəcək,” – Navalnıy “twitter” hesabında vurğulayıb.

Araşdırmaçılar deyirlər ki, Navalnıy iyunun 12-də Moskvada araşdırmaçı jurnalist İvan Qolunovun həbsinə etiraz olaraq təşkil edilmiş icazəsiz etiraz aktiyasında iştirak edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndirib. Aksiya zamanı Navalnıy ilə bərabər 200-ə yaxın iştirakçı saxlanıb.

Qolunov 11 iyunda azadlığa buraxılıb və ona qarşı səsləndirilən ittihamlar götürülüb.

Bu, Navalnıya qarşı ilin ilk həbs cəzasıdır. Navalnıy Kremlin düşməni hesab edilir. O, son illərdə 12 dəfə həbs cəzası alıb və indiyə qədər 200 gündən çox həbsdə qalıb. Onun rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun üzvləri müntəzəm olaraq ittiham edilirlər və həbs cəzası alırlar.

Sozcu.az