Rusiyadakı ağır qəzanın görüntüsü yayıldı – Video

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, Aniçkova körpüsü önündə iki minik avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.

Sozcu.az xəbər verir ki, Nevski prospektində baş verən qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq səkidə hərəkət edən 6 piyadanı vurub. Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Yaralılar arasında 1 Almaniya və 1 Estoniya vətəndaşı da var.

Faktla bağlı araşdırma aparılır.