Rusiyada təyyarənin mühərriki alışdı – 200-dən çox sərnişin təhlükədə

Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb.

Sozcu.az-ın məlumatına görə, S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub.

Hadisədən sonra sərnişinlər və heyət üzvlər təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.

Sərnişinlər hotellərə yerləşdirilib. Onların yeni təyyarə ilə təmin olunacağı deyilir.(Trend)

Facebook Comments