Rusiyada qarşıdurma davam edir: polis “top”a tutuldu – Video

Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi ilə bağlı keçirilən etiraz aksiyaları gecə saatlarında da davam edib.

Sozcu.az xəbər verir ki, aksiya zamanı polislə qarşıdurma da yaşanıb. Nümayişçilər polisin müdaxiləsinə qar topu və fişənglə cavab verməyə çalışıblar.

Moskvadakı etiraz aksiyasında isə Federal Təhlükəsizlik Xidmətinin (FSB) 39 əməkdaşı yaralanıb. Qeyd olunub ki, etirazçılar FSB-yə məxsus olduğu bildirilən avtomobilin şüşəsini qar topu ilə sındırıblar.

Facebook Comments