Rusiyada özbaşınalığa onlar yol verir – Peskovun qızı

Rusiyada konkret özbaşınalığa hüquq-mühafizə orqanları yol verir.

 

Sozcu.az xəbər verir ki, bunu “Forbes”ə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova deyib.

O, Moskvadakı razılaşdırılmamış mitinqlərin Parisdə sarı jiletlilərin aksiyalarıyla heç bir ortaq tərəfinin olmadığını bildirib. Peskova Fransada özbaşınalığa etirazçılar, Rusiyada isə hüquq-mühafizə orqanları tərəfindən yol verildiyini bildirib:

“Rusiyalılar fransızlardan fərqli olaraq yüksək təşkilatçılıq qabiliyyətinə sahibdirlər. Fransızların heç bir fəaliyyət sxemi yoxdur. Rusiyalılar hakimiyyətdə iştirak etmək istəyirlər, Fransada isə insanlar sadəcə onu dağıtmaq fikrindədirlər”.

Facebook Comments