Rusiyada dəhşətli qəza: 19 ölü, 21 yaralı

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, avtobus körpüdən çaya aşıb.

Qəza nəticəsində 15 nəfər həlak olub.

Hadisəyə avtobusun ön təkərinin partlamasının səbəb olduğu bildirilir.

Zabaykal diyarında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19-a çatıb.

Bu barədə jurnalistlərə vilayət rəhbərliyindən məlumat verilib.

Daha 21 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.(Axar.az)