Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

“Rusiya zaman-zaman öz siyasi, iqtisadi, hərbi-strateji maraqlarına görə qonşularının “yumşaq qarnından” istifadə edir, ən zəif nöqtələrindən vurur”.

Sozcu.az xəbər verir ki, Rusiyanın miqrantları öz ölkələrinə geri qaytaracağı ilə bağlı xəbəri edən “REAL”ın icra katibi Natiq Cəfərli belə deyib. O fikirlərini belə davam etdirib: “Rusiya qonşularını gah pomidor-xiyarla, gah da turizmlə cəzalandırır. Belə silahlardan biri də miqrant məsələsidir: Bu gün Rusiyada 7 milyon nəfərə yaxın miqrant var. Bunun da 25%-ə yaxını ukraynalılardır. Deməli, hardasa 1,8-2 milyon nəfər Ukrayna vətəndaşı indi Rusiyada qeyri-leqal yaşayır. Rusiyanın miqrantlarla bağlı aldığı, “iyunun 15-nə kimi hamısını qovacağıq”, qərarı, təbii ki, ən çox ukraynılalara hesablanıb. 2 milyon işsiz Ukraynaya qayıtsa, onlar sosial gərginliyi artıran elementə çevrilə bilər”.

Natiq Cəfərli: “112 milyon dollar xərclənib, qalan 400 milyon oğurlanıb”

Natiq Cəfərlinin sözlərinə görə, bu qərarın bizə də təsiri olacaq: “Müxtəlif hesablamalara görə bu gün Rusiyada 120-150 min arası qeyri-leqal yaşayan vətəndaşımız var. Onları geri göndərsələr bu ölkədə yeni işsizlik ordusu, yeni sosial gərginlik ocağı yaradacaq. Biz normal ölkə həm də ona görə qurmalıyıq ki, Rusiyanın pomidor-xiyar, miqrant təhdidlərindən sığortalana bilək..

“Miqrantların Rusiyadan çıxarılması istənilən halda onların Vətənində sosial gəginlik yaradacaq”

İqtisadçı ekspert Samir Əliyev də, mövzu ilə bağlı açıqlamasında maraqlı fikirlər səsləndirib. O bildirib ki, məsələnin maraqlı tərəfi bu açıqlamanın məhz MDB-nin Parlamentlərarası Assambleyasının iclasında verilməsidir: “Tədbirdə açıqlanan statistik məlumata inansaq, hazırda Rusiyadakı qanunsuz miqrantların sayında ölkələrin bölgüsü belədir: Özbəkistan (332 min), Tacikistan (247 min), Ukrayna (152 min), Azərbaycan (120 min), Qırğızıstan (115 min), Ermənistan (61 min), Moldova (56 min), Qazaxıstan (49 min). Görünən budur ki, Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu, ilk hal deyil. Dövrü olaraq Rusiya rəsmiləri oxşar açıqlamalar verib. Hər il milyardlarla dollar həcmində vəsait miqrantlar vasitəsilə Rusiyadan çıxarılır və bunda qanunsuz hesab edilənlərin də payı var. Məsələn, 2020-ci ildə MDB ölkələrinə gedən pulun həcmi 11 milyard dollardan çox olub. Bu vəsaitin əsas hissəsi Qırğızıstan ($2 milyard), Tacikistan ($1,9 milyard) və Özbəkistanın ($3,9 milyard) payına düşüb.

İqtisadçı Samir Əliyev:

Remittansların həcminə baxanda belə qərarda daha çox Orta Asiya ölkələrinin zərər çəkəcəkləri görünür. Bu addımın təkcə ildə $800 milyondan çox vəsait göndərilən və 152 min qanunsuz miqrant olduğu bildirilən Ukraynaya görə edildiyini söyləmək inandırıcı gəlmir. Böyük ehtimalla bu addım Ukrayna ilə yanaşı digər ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hədəflənib. Ötən il Azərbaycana $863,2 milyon, Ermənistana $800 milyona yaxın pul köçürülüb”.

Samir Əliyevin sözlərinə görə, bir neçə həftə əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov miqrantların ölkə iqtisadiyyatı üçün vacibliyini qeyd etmişdi. İndi isə əks bir fikir açıqlanır: “Miqrantların Rusiyadan çıxarılması istənilən halda onların Vətənində sosial gəginlik yaradacaq. Belə baxanda Rusiyanın özü üçün də fəsadsız ötüşməyəcək. Ucuz və hərtərəfli işçi qüvvəsi ölkə iqtisadiyyatında əhəmiyyətli paya malikdir. Eyni zamanda Rusiya əhalisinin azalma tempi məhz miqrantlar hesabına yavaşıyır. Belə vəziyyətdə Rusiya niyə özünə problem yaratsın? Yəqin bu addımla Rusiya bəzi ölkələri cəzalandırmaq istəyir. Məsələn, Ukraynanı Krm və Donbas hadisələrinə, Ermənistanı Rusiyadan üz döndərməkdən çəkindirməyə, Azərbaycanın isə Avrasiya İqtisadi Birliyinə qoşulmamasına görə”./Konkret.az

Facebook Comments