Rusiya Su-57-lərin sınağını başa çatdırır

Beşinci nəsil Su-57 hərbi təyyarələrinin sınaqları bu il ərzində başa çatacaq.

Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Hava Qüvvələrinin komandirinin köməkçisi Sergey Dronov deyib.

O, MiQ-35 qırıcılarının sınaq uçuşlarının isə 2021-ci ilin sonunda tamamlanacağını bildirib.
Dronov MiQ-35 təyyarələrinin Rusiya ordusundakı Su-30 SM və Su-30 təyyarələrindən daha az xərc tələb etdiyini, bir saatlıq uçuş xərcinin bu təyyarələrdən 1.5 dəfə az olduğunu söyləyib.(Axar.az)