Rusiya Su-35-lərini Liviyaya yerləşdirir – ABŞ

Rusiyanın Su-35 təyyarələrinin Liviyada olması xüsusilə təəccüblüdür.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Afrika Komandanlığının (AFRİCOM) rəhbəri Stiven Taunsend deyib.

“Dünya Haftarın yeni hava hücumuna başlamağa hazırlaşdığını eşitdi. Rusiyalı muzdlu pilotlar Rusiyanın tədarük etdiyi təyyarələri idarə edərək, liviyalıları bombardman edəcəklər. Moskva açıq şəkildə Liviyada təsirini gücləndirməyə cəhd edir. Suriyadakı kimi onlar hökumətin dəstəklədiyi muzdlulardan istifadə edərək Afrikada hərbi mövcudluqlarını genişləndirirlər”, – deyə o bildirib.

Facebook Comments