Rusiya səfirliyi qarşısında polislərə qumbara atdılar

Naməlum şəxslər Rusiyanın Yunanıstandakı səfirliyinin qarşısında dayanan polislərə qumbara atıblar.

Sozcu.az xəbər verir ki,Bu barədə TASS-a səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib.
O bildirib ki, naməlum şəxslər Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar. Partlayış baş verib, lakin xəsarət alan olmayıb.

Hazırda ərazi polis tərəfindən çəpərlənib. Araşdırma aparılır.(Publika.az)