Rusiya ordusuna adekvat cavaba hazırıq – ABŞ-dan şok

Venesueladakı Rusiya hərbçilərinə adekvat cavab verməyə hazırıq.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo NATO ölkələri xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz bu məsələni Rusiyanın dünya miqyasındakı digər addımları ilə birgə müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı mənfi səpkidə olan fəaliyyətini, Azov dənizində etdiklərini müzakirə etdik. Hər olayda kollektiv şəkildə cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün veriləcək cavab hazırdır”, – deyə ABŞ rəsmisi bildirib.(Axar.az)