Rusiya İrana qarşı sanksiyalara qoşula bilər? – Kreml

Rusiyanın İrana qarşı sanksiyalara qoşulacağını demək hələ çox tezdir.

Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib. Onun sözlərinə görə, Moskva İranla bağlı yaranan son situasiyanı diqqətlə öyrənəcək.

O, İrana qarşı düşünülməmiş siyasətin gələcəkdə arzuolunmaz addımları provokasiya edəcəyini bildirib.

Qeyd edək ki, İran bundan öncə nüvə razılaşmasının müəyyən hissəsindən çıxdığını açıqlayıb.(Axar.az)