Rusiya ilə barışmaq mümkünsüzdür – Kondratyuk

Ukrayna Prezidenti Vladimir Zelenski anlamalıdır ki, Rusiya ilə yalnız onun əyaləti olacağımıza razılıq verəcəyimiz halda razılaşa bilərik.

Sozcu.az xəbər verir ki, bunu “Obozrevatel”ə açıqlamasında ukraynalı prodüser Yuri Kondratyuk deyib. Onun sözlərinə görə, Zelenski hələ də kimlə işi olduğunu anlamır:

“Siz istəyirsiniz ki, Rusiya Krımı və Donbası ələ keçirməsin? Siz bununla bağlı razılaşmaq istəyirsiniz? Ya Zelenski Rusiya ilə barışmağın mümkünsüz olduğunu anlayacaq, ya da biz Rusiyanın əyaləti və ya “Malorusiya” olacağıq. Mənə elə gəlir ki, o, hansı qanlı düşmənlə üz-üzə gəldiyini anlamır”.

Facebook Comments