Rusiya həmişə Polşanı işğal etmək istəyib – Tramp

Ümid edirəm ki, Polşa və Rusiyanın yaxşı əlaqələri yaranacaq.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, bu mümkündür. Həmçinin bizim də Rusiya ilə əla münasibətlərimizin olacağını hesab edirəm”, – Ağ Ev rəhbəri bildirib.

Dövlət başçısı onu əlavə edib ki, Rusiya hər zaman Polşanın ərazilərini işğal etmək niyyətində olub.

D.Tramp ölkənin SSRİ dövründə necə işğal edildiyinə diqqət çəkib.(Axar.az)