Rusiya Çini müdafiə etdi: ABŞ-ın sanksiyaları…

Yeni tip koronavirusla bağlı ABŞ-ın Çini günahlandıraraq sanksiyalara hazırlaşması düzgün deyil.

Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Çin Uhanda başlayan virusla bağlı ötən il dekabrın sonunda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib:

“Pekinin epidemiya ilə bağlı məlumatları gizlətməyə çalışdığını söyləmək doğru olmaz”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qrehemin Çinə qarşı sanksiyaların tətbiqi üçün hazırladığı qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.axar.az

Facebook Comments