Rus yazar Qarabağda sərsəmlədi: Bütün Azərbaycan… – Video

Rusiyalı yazıçı və siyasətçi Eduard Limonov Azərbaycanın razılığı olmadan ölkəmizin işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

Sozcu.az xəbər verir ki, bu, onun Azərbaycanın işğal altında olan ərazisinə ilk səfəri deyil. Bundan öncə Limonov 2017-ci ildə Qarabağa gəlib.

“Ediçka” ləqəbi ilə tanınan qalmaqallı Limonov Qarabağın yüksək dağlıq hissəsindən videomüraciət edərək, Azərbaycanın Rusiyaya “məxsus olduğunu” bəyan edib. Bildirib ki, Rusiya-İran müharibəsinin nəticəsi olaraq 1813-cü ildə bağlanan Gülüstan müqaviləsinə görə, Bakı və Qarabağ xanlığı “üçüncü ölkəyə verilməmək şərtilə” Rusiyanın nəzarətinə keçib.

“Azərbaycana bizim haqqımız daha çoxdur, nəinki hansısa Kuril adalarına”, – Limonov deyib.(Axar.az)