“Rus NATO-su”nun Bakıya münasibəti… – Borisov açıqladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun alınması təkcə Azərbaycana aid deyil.

Axar.az xəbər verir ki, bunu Rusya Baş nazirinin müavini Yuri Borisov deyib.

“KTMT hər zaman SSRİ-nin keçmiş respublikalarıyla əməkdaşlığı alqışlayacaq. Biz nə zamansa vahid ailə olmuşuq. Bizim ortaq olan çox şeyimiz var. Bütün KTMT ölkələri və xüsusən də Azərbaycanla hərbi-texniki əməkdaşlıqla bağlı çox balanslı və düşünülmüş siyasət aparırıq”, – deyə o bildirib.

Borisov, həmçinin, Rusiyanın Qarabağ konfliktinin alovlanmasında maraqlı olmadığını deyib.