Rus mafiyasına işləyən general azadlığa buraxıldı

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin keçmiş rəis müavini Denis Nikandrov şərti azadlığa buraxılıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

Qeyd edək ki, Nikandrov 2018-ci ildə həbs edilmişdi. Həbsinə səbəb rus mafiyasının lideri Zaxariya Kalaşovla əməkdaşlıq etməsi və ondan rüşvət alması olmuşdu. Həbs müddətinin qismini Lefortovada çəkən Nikandrov sonradan istintaqla iş birliyini qəbul edərək, bütün günahını etiraf etmişdi.

Həbs ediləndən sonra ondan general-mayor rütbəsi alınmışdı.(Axar.az)