Rüfət Səfərovun yenidən həbs olunmaq təhlükəsi var: Hədə-qorxu gəlinir

Keçmiş müstəntiq, siyasi fəal Rüfət Səfərovun yenidən həbs olumaq ehtimalı var.

Sozcu.az xəbər verir ki, bu barədə Rüfət Səfərov özü məlumat verib.

“Yüksək dairələrdən Eldar Sabiroğlunu narahat edib, yaxın günlərdə həbs ediləcəyimə, uzun illərə məhkum ediləcəyimə, işgəncələrə məruz qalacağıma, başıma oyunlar açılacağına, sındırılacağıma dair hədə- qorxu gəlirlər.

Bunu edənlərə demək istəyirəm ki: bu həyatda kişilik deyilən bir anlayış var! Nə edirsinizsə, edin, küçənin ortasında “xuliqan” və ya “narkobaron” çıxarın, yenidən qondarma əsaslarla gedər- gəlməzə göndərin, ancaq onsuz da səhhəti bərbad olan atamı haldan- hala salmayın. Kişi tərzinə üstünlük verin!

Mənsə təhdidlərin önündə son dərəcə sakitəm və hamıya məlum olan işimdəyəm”.

 

 

Facebook Comments