Rüfət Əhmədzadənin qohumlarına təzyiq edilir

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin beynəlxalq məsələlər üzrə eksperti, siyasi təhlilçi Rüfət Əhmədzadənin qohumlarına hədə-qorxu gəlirlər.

Bu barədə Sozcu.az saytına Rüfət Əhmədzadə özü məlumat verərək bildirib ki, onun ictimai fəaliyyətinə görə qohumlarına hədə qorxu gəlinir:

Bu yaxınlarda mənə çatan məlumata görə, mənim Ağdam rayonu Böyükbəyli kəndində yaşayan qohumlarım Ağdam Polis Şöbəsinin rəisi Pərviz Mübariz oğlu İsmayılov tərəfindən hey bir hüquqi əsas olmadan polis şöbəsinə çağırılıblar. Hakimiyyət nümayəndələri qohumlarımı qorxutduqları üçün, onlar bu barədə mənə məlumat verməkdən çəkiniblər. Mən bu məumatı Azərbaycanda yaşayan dostlarımdan aldım.

Pərviz İsmayılov qohumlarıma mənim barəmdə suallar verməklə, sorğu-sual edərək hədələyibdir. Mənim xaricdə çıxan yazılarım, xarici dövlətlərin millətvəkillərinə və dövlət idarələrinə Azərbaycanda insan haqlarının Əliyev hakimiyyəti tərəfindən sistematik şəkildə pozulması və məhz bu səbəbdən də Əliyev rejiminə qarşı tədbirlərin görülməsinin vacibliyi ilə bağlı ünvanladığım müraciətlər və YouTube videolar vasitəsilə bir vətəndaş kimi etirazımı bildirməyim Azərbaycan hakimiyyətini narahat etdiyi üçün, qohumlarımı mənə təzyiq vasitəsi kimi polis idarəsinə çağıraraq sorğu-sual edib, onların övladlarına mənim fəaliyyətimin və mövqeyimin zərər vuracağını bildirərərək qorxudublar. Hətta “nəsilimizə olan inamın azaldığı” kimi ifadə işlədərək, hərbidə xidmət edən qohumlarıma da mənimlə bağlı xəbərdarlıq edilib.

İlk öncədən qeyd etmək istəyirəm ki, mənim Ağdam rayonuna heç bir adiyyatım yoxdur. Ağdamda qeydiyatda deyiləm, orda mülküm və ya hansısa bir biznesim yoxdur. Mənim Ağdam rayonuna olan aidiyyətim sadəcə 2012-ci ildə Ağdamda olan N saylı hərbi hissədə -döyüş bölgəsində xidmət edərək, könüllü şəkildə Azərbaycana xidmət etməyimdir. Pərviz İsmayılovun məni “axtarması” və qohumlarımı heç bir hüquqi əsas olmadan polisə çağıraraq, təhdid etməsi tamamilə qeyri-hüquqi addımdır.

Çox güman ki, vaxtilə yaşadığım Səbail rayonunda məni axtardıqdan sonra belə bir qənatə gəliblər ki, mənim Bakıda ailə üzvlərim olmadığından atamın doğulduğu Ağdam rayonu Böyükbəyli kəndində yaşayan bacılarını və qardaşını mənə qarşı təhdid vasitəsi olaraq istifadə etsinlər.

Buradan Pərviz İsmayılova və Daxili İşlər Nazirliyinə səslənirəm; sizin polis şöbəsinə çağırarq incitdiyiniz adamların mənə heç bir aidiyyəti yoxdur. Onlar mənə görə cavabdeh deyillər və onların öz şəxsi mövqeləri mənim də öz düşüncələrim var! Mən 15 ildən artıqdır ki, onların nə mövqlərini nədə fikirlərini qəbul etmirəm. Mən 12 yaşımdan Əliyev rejiminə qarşı fikirlərimi bildirərək, etirazımı daim ifadə etmişəm. İstəsəniz Bakı Şəhəri Suraxanı rayonu 278 sayılı məktəbin rəhbərlərindən mənim haqqımda araşdırma apara bilərsiz. Hələ uzun illər əvvəl orta məktbi orada oxuyarkən mənim hansı mövqedə və fikirdə olduğumu onlar sizə izah edə bilərlər.

Bütün bunlar Azərbaycanda total nəzarət sisteminin azadfikirli insanlara qarşı, insan hüquqlarına qarşı apardığı repressiv siyasətin bariz nümunəsidir. Mənim fikirlərimi mənə görə cavabdeh olmayan adamlara təzyiq və hədə gəlməklə dəyişdirə bilməzsiniz. Mən hər gün Qərbli deputatlara, Avropa Xarici İşlər Nazirliklərinə, beynəlxaq təşkilatlara Azərbaycandakı insan haqları ilə bağlı müraciətlərimi edir və onlardan insan haqlarını pozanlara qarşı ölçü götürlmələrinin vacibliyini vurğulayıram.

Mənim jurnalistik fəaliyyətim, ingils dilində yazdığım məqalələrim İsrail və ABŞ kimi ölkələrdə mövcud olan xəbər agentliklərində çıxır və çıxmaqda davam edəcəkdir. Mən təhdidlərə deyil öz prinsiplərimə cavab verən bir insanam.