Rozadan Namiqlə bağlı qalmaqallı sözlər

Müğənni Roza Zərgərli küsülü olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı qalmaqallı açıqlama verib.

Sozcu.az xəbər verir ki, sənətçi “X Maqazin”də ona ünvanlanan sənətçi adlarına münasibət bildirib.

Namiqin adı çəkiləndə isə Roza “Xaraktersizdir… Onun haqda elə fikirdəyəm. Dediyinin üstündə durmur” cavabını verib.

Qeyd edək ki, ikili arasındakı gərginliyin səbəbi Namiqin Rozanın verilişinə gəlməyə razı olmamasıdır.

Facebook Comments