Röya iki Zaur haqda nələr dedi?

“Buradan uzaqlaşmağımın səbəbi qara işlərdə olmamaqdır. Kimdənsə nəsə soruşulanda deyirəm ki, mən olsam, daha betər cavab verərdim. İyrəncliklər baş verir”.
Sozcu.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Röya Ayxan “5/5” verilişinə qonaq olarkən deyib. Şou-biznesdən danışan müğənni televiziya proqramlarını tənqid edib:

“Bizim vaxtımızda hər şey başqa idi. İndi başqalaşıb. Heç kimin xətrinə dəymək istəmirəm. Amma efir ucuz görünür. Hamınız bunu bilin. Eyni adamlar hər kəsi bezdirib. Bu gün sən, sabah başqası onu dəvət edir. Başa düşdük, onlar istəyirlər. Ancaq özünə pul xərcləyən həmin adamlar da bilsinlər ki, necə xərcləməlidir. Ayda bir dəfə gəlsin, amma daha yaxşı formada.

İki kanala və iki Zaurun (Zaur Kamal və Zaur Baxşəliyev – red.) verilişinə gedirəm. Özümü bunlarda yaxşı hiss edirəm. Hər iki tərəfimi göstərəcəyim yeri sevirəm. Məni hər gün çağırma”.

Röya müğənnilərin savadsız olması haqda səsləndirilən fikirlərə də münasibət bildirib:

“Müğənniyə savadsız deyənlər gedib arıqlasınlar”.(Axşam.az)