Ronaldodan Simeoneyə ağır cavab – Video

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin qalmaqala səbəb olan jestinə cavab verib.

Sozcu.az-ın məlumatına görə, o, Çempionlar Liqasının 1/8 finalında Madrid klubu ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi hərəkəti təkrarlayıb.

Qeyd edək ki, D.Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına vurulan ilk qol sevincini qeyri-etik şəkildə qeyd etmişdi. Bu hərəkətinə görə o,UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.(Qol.az)