Ronaldo bu gün qayıdır

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo bu gün İtaliyaya qayıdacaq.

Sozcu.az “Record”a istinadən xəbər verir ki, o, məşqlərə başlamazdan əvvəl iki həftə karantin rejimində olacaq.

İtaliya Futbol Federasiyasının hazırladığı yeni protokola əsasən, xaricdən qayıdan oyunçular 2 həftəlik karantində olmağa məcburdurlar.

Qeyd edək ki, Ronaldo martın 3-dən İtaliyanı tərk edib.qol.az

Facebook Comments