Ronaldo 5-ci oldu

UEFA Millətlər Liqasının final matçında Hollandiyanı 1:0 hesabı ilə məğlub etdikləri görüş Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sozcu.az xəbər verir ki, 34 yaşlı hücumçu millinin heyətində 158-ci oyununa çıxıb. Ronaldo bununla da, Avropada milli komandada ən çox oyun keçirən 5-ci futbolçu olub.

Qeyd edək ki, Avropada milli komanda ilə ən çox oyun keçirən futbolçu Canluici Buffondur. 41 yaşlı qapıçı İtaliya millisi ilə 176 oyuna çıxıb.(Qol.az)