Riberi ilə Robbenin hədiyyəsi

Almaniya kubokunun final oyununda “Leyptsiq”ə 3:0 hesabı ilə qalib gələn “Bavariya”nın hücumçusu Robert Levandovski matçdan sonra açıqlama verib.

Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, bu qələbənin klubdan ayrılacaq Aryen Robben, Frank Riberi və Rafinya üçün hədiyyə olduğunu deyib:

“Nəticədən çox məmnunam. Yaxşı oynadıq və inamlı qələbə qazana bildik. İlk hissədə rəqibin bizim qapımız qarşısında yaratdığı iki təhlükəli epizod istisna olmaqla, oyuna nəzarət edə bildik. İkinci hissədə isə daha iki qol vuraraq, kuboku qazandıq.

Bizim üçün çox yaxşı bir mövsüm oldu. Bu kubok Riberi, Robben və Rafinya üçün hədiyyədir”.(Komanda.az)