Red Magic 4 modeli il sonunda təqdim olunacaq

Smartfonların təkmilləşdirilməsi bu cihazlarda daha çox oyun oynanılmağa və daha çox vaxt keçirilməyə başlanıldı.

Sozcu.az chip.az-a istinadən bildirir ki, beləliklə həyatımıza oyun telefonu / oyunçu telefonu kimi anlayışlar daxil oldu. Nubiadan gələn son xəbərlər göstərir ki, yeni təqdim olunan Nubia Red Magic 3ün növbəti versiyası Red Magic 4 ilin sonunda təqdim olunacaq.

Nubia Hindistanın e-ticarətin vitse-prezidenti Pan Forrest inkiçaf edəcəyinə inandıqları Hindistan oyun telefon bazarında zirvədə olmağı məqsəd qoyduqlarını söyləyib. Oyun sənayesinin inkişaf etdiyini və oyun həvəskarlarının vəziyyətdən daha çox xəbərdar olduğunu ifadə edən Forrest ilin sonunda Red Magic 4 modelini Hindistanda bazara təqdim edəcəklərini bildirib.

Hindistanda oyunçuların 23.4% -i həftədə 7 saatdan çox, 11.4% isə həftədə 12 saatdan çox oyun oynayır.
Ümumiyyətlə oyun telefonları eyni özəlliyə malik digər smartfonlara nisbətən soyutma və intensiv istifadəyə daha davamlıdırlar.