“Real”ın PSJ ilə oyun üçün iştirak ərizəsi – Ramos yoxdur

“Real” Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda PSJ ilə matç üçün iştirak ərizəsini açıqlayıb.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Serxio Ramos zədə səbəbindən heyətdə yer almayıb:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube

Müdafiəçilər: Daniel Karvahal, Eder Militao, Rafael Varan, Alvaro Odriosola, Ferlan Mendi, Adrian de la Fuente

Yarımmüdafiəçilər: Toni Kroos, Kasemiro, Xames Rodriqes, Lukas Vaskes

Hücumçular: Eden Hazard, Kərim Benzema, Qaret Beyl, Luka Yoviç, Vinisius Junior, Rodriqo

Qeyd edək ki, PSJ – “Real” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq..(Qol.az)