“Real”ın əfsanəsi olan Raul qayıdır

“Real”ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdır.

Sozcu.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. Onun gələn mövsüm “Real”ın ikinci komandası sayılan “Kastilya”ya baş məşqçi təyin ediləcəyi bildirirlir.

Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”da çıxış edən Raul 550 oyuna 228 qol vurub.(Qol.az)