“Real”dan Tottiyə təklif

Bir müddət öncə “Roma”dan ayrılan Françesko Totti “Real”da işləyə bilər.

Sözcu.az xəbər verir ki, Madrid təmsilçisi əfsanəvi futbolçuya klubun səfiri olmağı təklif edib. İtaliyalı veteran hücumçunun hələlik qarşı tərəfə cavab vermədiyi bildirilir.

Qeyd edək ki, “Real” futbolçu karyerası ərzində də Tottini transfer etmək istəsə də, o, “Roma”dan ayrılmaq istəmədiyi üçün təklifə “yox” demişdi. Karyerasını bitirdikdən sonra “Roma”da idman direktoru kimi çalışan Totti klub rəhbərliyi ilə arasındakı fikir ayrılığına görə istefa verib.\Qol.az\

Facebook Comments