“Real”dan ayrılmaq? – Marselonun cavabı

“Real”dan ayrılmaq? “Real” mənim evimdir. Bu barədə danışmağa dəyməz. “Real”ın forması üçün sona qədər tərləməli və bu loqonu zirvəyə yüksəltməliyik”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Real”ın futbolçusu Marselo “Marca”ya açıqlamasında deyib.

Braziliyalı müdafiəçi Madrid klubundan ayrılacağı haqda yayılan xəbərləri təkzib edib. O, son vaxtlar meydana az çıxmasından narahat olmadığını da qeyd edib: “Oynamadığım matçlarda belə, komanda yoldaşlarımı dəstəkləmişəm. Bu formanı geyinəndə nə qədər xoşbəxt olduğumu hər kəs bilir”.

Qeyd edək ki, 2007-ci ildən “Real”da çıxış edən Marselonun Madrid klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.(Qol.az)