“Real”da ciddi itki

“Real”ın futbolçusu Marselo yenidən zədələnib.

Sozcu.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görəƏ, braziliyalı müdafiəçi sentyabrın ayında aldığı boyun nahiyəsindəki zədə təkrarlanıb. Həmin vaxt o, zədə səbəbindən La Liqada “Sevilya”, “Osasuna”, “Atletiko” və Çempionlar Liqasında PSJ ilə matçları buraxıb.

Marselonun bu dəfə ölkə çempionatının 8-ci turunda “Qranada” ilə görüşdə dəqiq oynamayacağı bildirilib.

Qeyd edək ki, “Real” – “Qranada” matçı sabah keçiriləcək.(Qol.az)

Facebook Comments