“Real” müdafiəçi alır – 50 milyon avroya

“Real” növbəti transferini həyata keçirmək üzrədir.

Sozcu.az-ın L’Équipe”yə istinadən yaydığı xəbərə görə, Madrid klubu “Lion”nun müdafiəçisi Ferlan Mendini almağa yaxındır. Madrid klubu artıq həkimini 23 yaşlı oyunçunu tibbi müayinədən keçirmək üçün Fransaya göndərib.

“Real”ın F.Mendi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalayacağı gözlənilir. La Liqa təmsilçisinin bu transfer üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyi bildirilir.(Qol.az)