“Real” mövsümü məğlubiyyətlə bitirdi

Bu gün İspaniya La Liqasında sonuncu – 38-ci turun daha bir oyunu keçirilib.

Sozcu.az-ın məlumatına görə, “Real” doğma meydanda “Betis”i qəbul edib. Görüş “kral klubu”nun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
İspaniya çempionatında 2018-2019 mövsümünə bu gün keçiriləcək “Eybar” – “Barselona” oyunu ilə yekun vurulacaq. Matç Bakı vaxtı ilə 18:15-də başlayacaq.

19 may (bazar)

“Real” – “Betis” – 0:2
Qollar: L. Moron, 61 (0:1), Xese, 75 (0:2)

Qeyd edək ki, bu məğlubiyyətdən sonra 68 xalda qalan “Real” mövsümü 3-cü pillədə başa vurub. Xallarını 50-yə çatdıran “Betis” isə çempionatı 10-cı sırada tamamlayıb.(Qol.az)