“Real” “Mançester Siti”nin hücumçusunu istəyir

İspaniyanın “Real” klubu “Mançester Siti”nin futbolçusunu transfer etmək niyyətindədir.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in hücumçusu Qabriel Jesus Madrid klubunun transfer hədəfindədir. “Kral klubu” qış transfer pəncərəsi dövründə braziliyalı futbolçunu heyətinə qatmağa çalışacaq. Komandada Serxio Aqueronun kölgəsində qalan futbolçunun da ayrılığa müsbət yanaşacağı bildirilir.

2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan 22 yaşlı hücumçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 8 oyunda 4 qolla yadda qalıb.(Komanda.az)