“Real”ın futbolçuları koronavirusdan sağaldı

“Real”ın futbolçuları Eden Hazard və Eder Militau koronavirusdan sağalıb.

Sozcu.az “Marca”ya istinadən xəbər verir ki, onların son testi mənfi çıxıb. Beləliklə, belçikalı yarımmüdafiəçi və braziliyalı müdafiəçi La Liqanın növbəti turunda “Vilyarreal”a qarşı keçiriləcək matçda iştirak edə biləcəklər.

Qeyd edək ki, Hazard və Militau bu mövsüm 3 oyunda meydana çıxıblar.

Facebook Comments