“Real” Hazardla razılığa gəldi

“Çelsi”nin futbolçusu Eden Hazard “Real”a keçməyə yaxındır.

Sozcu.az-in Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu belçikalı yarımmüdafiəçi ilə razılığa gəlib.

“Real” 28 yaşlı oyunçuya illik 15 milyon avro maaş verəcək. Madrid klubunun London təmsilçisinə isə təxminən 100 milyon avroya yaxın təzminat verəcəyi gözlənilir.

Qeyd edək ki, Hazard bu mövsüm 39 matçda iştirak edib.(Qol.az)