“Real” Hazardla bağlı “Çelsi” ilə razılığa gəldi

“Real” Eden Hazardın transferi ilə bağlı “Çelsi” ilə razılığa gəlib.

Sozcu.az xəbər verir ki, Madrid klubu belçikalı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 110 milyon avro ödəyəcək. London klubu əlavə bonus kimi 15 millyon avroya yaxın gəlir əldə edəcək.
Daha əvvəl “Çelsi”nin Hazard üçün 147 milyon avro tələb etdiyi haqda xəbələr yayılmışdı.
“Real”ın bugünlərdə transferi rəsmən açıqlayacağı gözlənilir.(Qol.az)

Facebook Comments