“Real” Benzema ilə razılığa gəldi

İspaniyanın “Real” klubu futbolçusu Kərim Benzemanın müqaviləsini yeniləməyə hazırlaşır.

Sozcu.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə razılıq əldə edib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Benzema ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq.

2009-cu ildən “Real”da çıxış edən fransalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Benzema bu mövsüm “kral klubu” ilə 26 oyunda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.

Facebook Comments