Ərdoğandan Aya Sofya ilə bağlı göstəriş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya muzeyinin ibadət yeri kimi açılması haqda göstəriş verib.

Sozcu.az xəbər verir ki, artıq məsələ ilə bağlı xüsusi heyət çalışmalara başlayıb.

Bildirilir ki, Ərdoğan Sultan Əhməd məscidindəki kimi bir ideya irəli sürüb. Yəni Aya Sofyanın həm turistlərin ziyarət edə biləcəyi, həm də ibadət yeri kimi fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, İstanbulun fəthinin ildönümü münasibətilə Aya Sofyada Quran ayələri oxunub.

Facebook Comments