Ərdoğan Kılıçdaroğlunu rüşvətdə günahlandırdı

Cümhuriyyət Xalq Partiyası (CHP) üzvlərinin rəhbərlik etdiyi bələdiyyələrdə rüşvət, oğurluq və korrupsiya halları baş alıb gedir.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunu korrupsiyada ittiham edərkən deyib.

“Korrupsiyanın son nümunəsi keçən həftə Yalova şəhərində ortaya çıxdı. Yalova xalqına xidmət üçün ayrılan milyonlarla türk lirəsinin CHP bələdiyyə üzvləri tərəfindən talan edildiyi məlum oldu. Bu qalmaqaldan sonra CHP qərargahından heç bir səlahiyyətli nə açıqlama verdi, nə də üzr istədi.

Hörmətli Kamal bəy keçirdiyi mətbuat konfransında hər mövzudan danışsa da, partiyasına məxsus bələdiyyənin yaratdığı “rüşvət ferması”ndan bəhs etmədi.

Bizim siyasətimiz isə iş siyasətidir və həmişə millətimizin qarşısına gördüyümüz işlərlə çıxdıq. Seçki vaxtında verdiyimiz vədləri də unutmadıq”, – Ərdoğan bildirib.

Facebook Comments