Ərdoğan BMT Baş Assambleyasının sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sədri Volkan Bozkırı qəbul edib.

Sozcu.az xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının sədri sabah Azərbaycanda səfərdə olacaq. Səfər zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri nəzərdə tutulub.

Facebook Comments