Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

Ərdəbil şəhərində bir qrup milli-mədəni fəal ayın 16-ı, şənbə günü , şəhərdə geniş səviyyədə duvar yazıları və şüarlar ilə yanvar ayının 13-dən aclıq aksiyası keçirən siyasi məhbus Yusif Kariyə dəstək nümayiş etdirib, həbsxana məsullarına etirazlarını bildiriblər.

Ərdəbil şəhərinin duvarlarında yazılan və əhalinin diqqətini cəlb edən dəstək şüarları bunlardan ibarətdir:

“ Dəyişiklik üçün aclıq aksiyası# Yusif kari”

“Siyasi məhbus aclıq aksiyası keçirir”

“Həbsxanada insan haqları pozuntusuna son qoyun”

“Siyasi məhbusa dəstək olaq”

“Ərdəbil həbsxanasının karantin bəndi həqiqəti susdura bilməyəcək”

“Mədəni itaətsizlik həbs kameralarını dəyişdirəcək”

“karantin bəndi= işgəncə”

“Yusif Kariyə azadlıq ” və b.

Yusif Kari həbsxana məsullarına bazar gününə kimi karantin bəndindən öz palatasına köçürülmədiyi təqdirdə aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcəyi barədə xəbərdarlıq edib.

O, eyni halda aclıq aksiyasını həbsxana məsulları və nəzarətçilərinin aşağılayıcı hərəkətlərinə qarşı yeganə çıxış yolu olduğunu söyləyib. Y.Kari bunun hər hansı mənfi nəticələri ilə bağlı təhlükəsizlik-məhkəmə sisteminin rəsmiləri və həbsxana rəisi ilə məsul nəzarətçinin məsuliyyət daşıyacağını bildirib

Facebook Comments