Ərdəbildə milli fəallardan Abbas Lisaniyə dəstək

Ərdəbil şəhərində bir qrup milli-mədəni fəa geniş divar yazıları ilıə siyasi məhbus, tanınmış milli-mədəni fəal Abbas Lisaniyə dəstək veriblər.

Fevral ayının 10-da ərdəbilli milli fəallar İranın təhlükəsizlik məmurlarının Ərdəbil Mərkəzi zindanında saxlanılan siyasi məhbus Abbas Lisaniyə qarşı öncədən qurduqları plana uyğun onun yaratdıqları məhdudiyyətlər və qadağalara etiraz ediblər. Onlar şəhər divarlarılnda yazdıqları şüarlarla məhkəmə, təhlükəsizlik və zindan məsullarının siyasi məhbusa qarşı ədalətsiz hərəkətlərinə acıqlarını bildiriblər.

Açıklama yok.

Divarlarda:
“Qadağalarla üzləşən siyasi məhbus Abbas Lisani”
“Abbas Lisaniyə azadlıq” şüarları yazılıb.

Siyasi məhbus Abbas Lisani həbs olunduğu gündən bütün məhbus hüquqlarından, o cümlədən yaxınları ilə görüşə və telefon danışığına icazə verilməməsi, koronovirusun yayıldığı bir vaxtda normal tibbi, müayinə-müalicə xidmətindən məhrum edilməsi, girov qoyulmasına baxmayaraq “yuxarılardan yazılı göstəriş gəlməyib” bəhanəsi ilə tibbi məzuniyyətə buraxılmaması və s. siyasi məhbusa qarşı planlı şəkildə həyata keçirilən təzyiqlərin bir hissəsidir.

Fevral ayının 9-da Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmanın, 21 mart 2021-ci tarixində BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatda Abbas Lisaninin durumu ilə bağlı nigaranlığını ifadə edib.

Bu ətraflı hesabatda xüsusi nümayəndə öz dili və mədəniyyətinə bağlı olan və bu gün zindanlarda saxlanılan insanların durumu barədə narahatlığını bildirərək Abbas Lisani haqqında deyib:
“2020-ci ilin iyul ayında İran Ali Məhkəməsi, Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən milli təhlükəsizlik əleyhinə fəaliyyətə görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd etdi.”

Abbas Lisani dinc və mədəni fəaliyyətlərinə görə davamlı olaraq İranın təhlükəsizlik orqanlarının təzyiqləri altında olan azsaylı fəallardandır. Özünün qondarma ittihamlarla tutuqlanma, işgəncə, həbs və sürgünə məruz qalması, ailə üzvlərinin həyat və işlərinə maneələr törədilməsi, psixoloji təsir və təhdid üçün ailəsinə məxsus avtomobilin yandırılması edilən basqılardan sadəcə bir neçə nümunədir.

Facebook Comments