Razi Nurullayevlə görüşə gələn seçicilər onu tanımadı – VİDEO

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşü olub.

Sozcu.az-ın xəbərinə görə, görüş olacağını haradan eşitmisiniz sualına gələn sakinlərin əksəriyyəti “məktəbdən direktor dedi”, “zəng etmişdilər, dedilər, tədbir olacaq, gedin, gəldik”, “xəstəxana işçiləriyik, baş həkimin tapşırığı ilə gəlmişik”, – cavablarını veriblər.

Ümumiyyətlə, görüşə gələnlərin çoxu hansı namizədlə görüşə gəldiklərindən xəbərsiz olub.

Facebook Comments