İraq liderindən şok: ABŞ-ın etibarlılığı sual altındadır

ABŞ-ın region ölkələri üçün müttəfiq kimi etibarlılığı sual altındadır.

Sozcu.az xəbər verir ki, bunu “Axios” portalına müsahibəsində İraq Prezidenti Bəhram Saleh deyib.

“ABŞ-ın öz mövqeyini saxlamaq qabiliyyəti çox ciddi sual altındadır. ABŞ-ın müttəfiqləri ona nə qədər güvənəcəkləri ilə bağlı narahatdırlar”, – deyə o bildirib.

O, İraqın ABŞ-la münasibətləri yenidən nəzərdən keçirməli olduğunu deyib:

“Regionda çoxlu oyunçu var. Bağdad onlara ultimatum vermək niyyətində deyil. Biz öz prioritetlərimiz haqqında düşünməliyik”.(Axar.az)

Facebook Comments