Ranyeri rəsmən İtaliya klubunda

Klaudio Ranyerinin “Sampdoriya”ya keçidi rəsmiləşib.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssislə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, “Sampdoriya” İtaliya A seriyasında 7 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb.(Qol.az)