Ramos Kasilyasın rekorduna şərik oldu

İspaniya millisinin kapitanı Serxio Ramos yığmanın sabiq qapışısı İker Kasilyasın rekordunu təkararlayıb.

Sozcu.az xəbər verir ki, 33 yaşlı müdafiəçi millinin heyətində kapitan sarğısında ən çox oyun keçirən ikinci futbolçu olub. Farer adaları ilə matçda Ramos kapitan kimi 167-ci oyununa çıxıb. Bu göstərici ilə oyunçu millinin əfsanəvi qapıçısı İker Kasilyasa çatıb.

2016-cı ildə millidə karyerasını başa vuran Kasilyas da 167 oyun keçirib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən İspaniya millisinin uğurları üçün çalışır.(Qol.az)