“Ramo”nun aktrisası Hollivuda yollanır

“Diriliş: Ertuğrul” serialı ilə ulduzu parıldayan aktrisa Esra Bilgiçin məşhurluğu Türkiyə sərhədlərini aşıb.

Sozcu.az Axşam.az-a istinadən bildirir ki, aktrisa Hollivud filminə çəkilmək üçün dəvət alıb. O, Böyük Britaniyalı aktyor Orlando Blumun da olduğu layihədə yer alacaq.

Xatırladaq ki, aktrisa hazırda reytinqli seriallardan olan “Ramo”da çəkilir. Ekran əsərində Esranın tərəf müqabili aktyor Murat Yıldırımdır.

Facebook Comments